• $
  • €
  • ₽
  • ₺
  • £

Duzsuzlaşdırılan dəniz suyunun maya dəyəri azalacaq - AÇIQLAMA

Duzsuzlaşdırılan dəniz suyunun maya dəyəri azalacaq - AÇIQLAMA
29.10.2021 18:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi  suvarma məqsədilə təmizlənən dəniz suyunun 1 kubmetrinin maya dəyərini yaxın zamanlarda 30% azaltmağa nail olmağı  planlaşdırır. Hazırda Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində istehsal edilən bu suyun 1 kubmetri 89 qəpiyə başa gəlir . Bunu Anews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov  bildirib. 

''Əsas məqsəd gələcəkdə ehtimal olunan su qıtlığı probleminin həllinin effektiv yollarını tapmaqdır. Yeni texnologiyaların ölkədə tətbiqi ilə bu problemi həll etməyə və duzsuzlaşdırılan suyun maya dəyərini 30% azaltmağa çalışaçağıq”, - deyə Mütəllimov söyləyib. 
 
O, həmçinin bildirdi ki, son illər su  qıtlığına ciddi şəkildə dünyada baş verən qlobal iqlim dəyişmələri  təsir göstərir.

2021- ci ilin yanvar-sentyabrında  Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində 264.550 kubmetr dəniz suyu duzsuzlaşdırılıb. Kompleksdə ildə 5 min kubmetr su təmizlənərək istifadə olunur. 

Duzsuzlaşdırılmış sular 4 saylı yaşıllaşdırma idarəsinə verilir və  200 hektar yaşıllıq ərazilərinin suvarılması üçün  istifadə olunur.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol