• $
  • €
  • ₽
  • ₺
  • £

Yanacaqdoldurma məntəqələrinə saxta pul verən şəxs SAXLANILDI

Yanacaqdoldurma məntəqələrinə saxta pul verən şəxs SAXLANILDI
01.11.2021 21:30
Qobustan Rayon Polis Şöbəsinə (RPŞ) oktyabrın 29-da şəhər ərazisində yerləşən iki yanacaqdoldurma məntəqəsində yanacaq müqabilində saxta əsginas verilməsi barədə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyindən (DİN) Anews.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün gecə saat 03:00 radələrində avtomobillə yanacaqdoldurma məntəqələrinə gələn sürücü birinci məntəqədə operatora 15 manat dəyərində yanacaq müqabilində 200 manatlıq əsginas verərək 185 manat, ikinci məntəqədə isə 20 manat dəyərində yanacaq müqabilində 100 manatlıq əsginas verərək 80 manat geri alıb.
 
Sonradan həmin əsginasların saxta olması aşkar olunub. 
 
Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Salayev müəyyən edilərək saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol