• $
  • €
  • ₽
  • ₺
  • £

Son iki ayda koronavirusdan hansı tanınmış şəxslər COVID 19-dan ölüb?-SİYAHI

Son iki ayda koronavirusdan hansı tanınmış şəxslər COVID 19-dan ölüb?-SİYAHI
04.11.2021 14:37
Azərbaycanda pandemiya başlayandan koronavirusa yoluxan, sağalan, vəfat edənlər sırasında ölkə ictimaiyyətində tanınan simalar var. 


Son iki ayda koronavirusdan vəfat edən tanınmışların siyahısı:
 
Müğənni, xanəndə Tahir Nəbiyev koronavirusdan vəfat edib. O, sentyabrın 1-də dünyasını dəyişib.

Nəbiyev gənc xanəndə Kamilə Nəbiyevanın atasıdır.



Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev sentyabrın 7-də təcridxanda koronavirusdan vəfat edib.

Bildirilir ki, Nizaməddin Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub. Fəaliyyətində verdiyi nöqsanlara görə həbs edilib.



Koronavirusdan ölən daha bir tanınmış sima Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçudur.
 
Bu ilin sentyabrın 14-də vəfat edən Yaqub Zurufcu ağır vəziyyətdə "Yeni Klinikan”nın reanimasiya şöbəsinə yerləşdirilərək elə orda vəfat edib. 



Həbsdə olan sabiq deputat Rəfael Cəbrayılov da son iki ayda koronavirusdan vəfat edən tanınmışlar sırasındadır. O, sentyabrın 30-da vəfat edib.

62 yaşlı sabiq deputat "Yeni Klinika”da koronavirusdan vəfat edib. Qeyd edək ki, Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.



Gənc jurnalist Nurlan Ağa da oktyabrın 11-də koronavirusdan vəfat edib. Türkiyədə təhsil alan 25 yaşlı jurnalist ölümündən bir müddət əvvəl koronavirusa yoluxub, vəziyyəti ağırlaşan jurnalist xəstəxanaya qaldırılsa da, orada vəfat edib. 



Tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu da koronavirusdan vəfat edib. O, oktyabrın 19-da müalicə aldığı Yeni Klinkada ölüb. E.Əşrəfoğlu koronavirusa sentyabrın əvvəllərində yoluxmuşdu. (QAYNARİNFO)





 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol