• $
  • €
  • ₽
  • ₺
  • £

Bu layihə çərçivəsində yüzlərlə gənc öz biznesini quracaq- Nazirlik

Bu layihə çərçivəsində yüzlərlə gənc öz biznesini quracaq- Nazirlik
19.11.2021 14:58
Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində panel görüş keçirilib. Görüş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə baş tutub. 
 
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü ilə bir neçə ay əvvəl start verilmiş layihəyə regionlarda çox böyük maraq göstərildiyini, qısa vaxt ərzində yüzlərlə gəncin kənd təsərrüfatı sahəsində biznes yaratmaq arzusunda olduğunu bildirib. Nazir müavini gənclərin uğurlu biznes yaratması işinə hər cür dəstək göstəriləcəyini söyləyib.
 
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev AMAL layihəsinin gənclərin məşğulluq problemlərinin həllində əhəmiyyət kəsb etdiyini deyib və layihə çərçivəsində öz bizneslərini quran gənc "AMAL”çılara uğurlar arzulayıb.
 
Milli Məclisin deputatı Müşfiq Cəfərov AMAL layihəsi çərçivəsində görülən işləri yüksək qiymətləndirib və bu istiqamətdə həyata keçirilən bütün ideyalara dəstək olmağın zəruriliyini vurğulayıb.
 
Gənclər və idman nazirinin müavini İntiqam Babayev kənd təsərrüfatının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu və gənclər arasında bu sahəyə olan marağın günü-gündən artdığını deyib. O, həyata keçirilən layihənin kənd yerlərində gənclər arasında işsizliyin aradan qaldırılmasında mühüm rol oynayacağını qeyd edib.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev bildirib ki, layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə, aqrar sektorda onların iştirak səviyyəsinin artmasına, yeni nəsil fermerlərin formalaşmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqətin artırılmasında önəmli töhfələr verir. 
 
Görüşdə AMAl layihəsindən yararlanaraq kənd təsərrüfatı sahəsində uğurlu biznes qurmuş fermerlər öz təcrübələrini bölüşüb, gənclərə müvafiq tövsiyələr veriblər. 
 










www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol