• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı bu məktəbdə də istilik yoxdur

Bakıdakı bu məktəbdə də istilik yoxdur
23.11.2021 19:00
Bakının Nəsimi rayonu, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbdə hələ də istilik yoxdur. Noyabrın 15-dən bütün ölkə ərazisində qazanxana və istilik məntəqələri işə salınsa da, sözügedən təhsil müəssisəsi tam olaraq istiliklə təmin olunmayıb.

Bu şikayətlə "Qafqazinfo”ya bir qrup valideyn müraciət edib. Onların sözlərinə görə, noyabrın 22-dən etibarən məktəbdə istilik sistemi işə düşüb. Amma hələ də istilik bütün sinifləri əhatə etmir. Hətta ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş korpusda da sinif otaqları bumbuzdur. Nəticədə, uşaqlar təhsildən yayınır - bir qismi soyuq siniflərdə oturmağa davam gətirə bilmədiyinə görə dərsə gəlmir, bir qismi isə dərsə gələrək xəstələnib uzun müddət dərs buraxmalı olur.

Bəs sözügedən təhsil müəssisəsində istilik sistemi nə vaxt tamamilə bərpa olunacaq?

Bu sualla Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən bildirildi ki, "Azəriqaz” İstehsalat Birliyinə müraciət edildikdən sonra 5 nömrəli tam orta məktəbin qazanxanasına qaz verilişi bərpa edilib və təhsil müəssisəsinin istilik sistemi işə salınıb. Hazırda problemin tam olaraq həlli üçün tədbirlər görülür:

"Məktəbə verilən qazın təzyiqi qazanxanada mövcud olan hər iki qazanın tam gücü ilə işləməsinə kifayət etmədiyindən müəssisə daxilində bəzi sinif otaqları istiliklə zəif təmin olunur. Hazırda məsələnin tam həlli üçün müvafiq tədbirlər görülür”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol