• $
  • €
  • ₽
  • ₺
  • £

Rüşvətə görə təqsirləndirilən universitetin sabiq əməkdaşından XƏBƏR VAR

Rüşvətə görə təqsirləndirilən universitetin sabiq əməkdaşından XƏBƏR VAR
25.11.2021 09:41
Azərbaycan Texniki Universitetinin sabiq əməkdaşı Kifayət Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 32.4, 312.2-ci (Rüşvət verməyə təhrik etmə) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Kifayət Quliyevanın barəsində CM-nin 79.1-ci (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi tətbiq edilməklə, himayəsində olan 2015-ci il təvəllüdlü övladı 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınıb. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

İttihama görə, Azərbaycan Texniki Universitetinin Tədris hissəsinə dispetçer və mütəxəssis vəzifəsində çalışmış Kifayət Quliyeva həmin universitetdə təhsil almış tələbələrdən 2019-cu ildə kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün rüşvət alıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadının barəsində CM-nin rüşvət verməyə təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründü Quliyeva tələbələrdən aldığı pulları geri qaytarıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol