• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda qatarın hərəkəti ləngiyib

Bakı metrosunda qatarın hərəkəti ləngiyib
25.11.2021 09:55
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı” və "Şah İsmayıl Xətai” stansiyaları arasında hərəkət edən qatar tuneldə dayanıb.

Hadisə saat 08:40 radələrində qeydə alınıb.

"Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.
 
Onun sözlərinə görə, qatarın dayandırılmasına səbəb qapılardan birinə müdaxilə edilməsi ilə bağlı maşinist kabinəsinə siqnal daxil olmasıdır:
 
"Maşinistlər vaqonlardan birinin qapısının ətalətliyinin pozulması ilə bağlı siqnal alıblar. Təlimata uyğun olaraq qatar dayandırılıb. Burada qapıların açılmasından söhbət gedə bilməz. Ola bilər ki, sıxlıq olub və sərnişinlərin söykənməsi nəticəsində, yaxud vaqona minərkən paltarının qapı arasında qalması səbəbindən bu hal pozulub. Hər bir halda məsələ araşdırılır. Bu isə ümumilikdə 40-45 saniyə vaxt alıb. "Bakı Metropoliteni”nin təlimatında isə göstərilib ki, 1 dəqiqəyə qədər yubanma olarsa bu yubanma sayılmır. Yəni onu kompensasiya etmək mümkündür”, o, əlavə edib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol