• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ 1 milyona yaxın turist qəbul edə biləcək - AÇIQLAMA

Qarabağ 1 milyona yaxın turist qəbul edə biləcək - AÇIQLAMA
07.12.2021 12:42
Yaxın dövrdə Qarabağ 1 milyona yaxın daxili və xarici turist qəbul edə biləcək, Bunu Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, hazırda xüsusilə həmin yerlərdən olan şəxslərin Qarabağa səfərləri təşkil olunur.

"Regionda turizmin inkişafı baxımından xüsusi marşrutlar hazırlanır. "Yolumuz Qarabağadır” adlı bir layihəmiz var. Onun çərçivəsində "Yolumuz Ağdamadır”, "Yolumuz Füzuliyədir”, "Yolumuz Xocavəndədir” və s. bu kimi marşrutlar çəkilir”, - deyə o əlavə etdi. 

O qeyd edib ki, Qarabağın turizminin inkişafı əsas üç amildən asılıdır.

"Təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması və insanların bura geri qayıdışı önəmli amillərdir. Qarabağa turistlərin cəlb edilməsi baxımından turların təşkili ilə bağlı planlarımızı götürdükdə hər şey nəzərdə tutulduğu kimi davam etsə və pandemiya prosesi ləngitməsə yaxın dörd il ərzində regiona 1 milyon insan səfər edə biləcək”, - deyə Kənan Quluzadə bildirib. (oxu.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol