• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Eldar Mahmudovun oğluna məxsus şirkəti məhkəməyə verdi

Nazirlik Eldar Mahmudovun oğluna məxsus şirkəti məhkəməyə verdi
08.12.2021 16:12
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinə məxsus olduğu bildirilən "Kaspian Kristal” MMC barəsində məhkəmə iddiası qaldırıb. 
 
Dövlət Vergi Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyev tərəfindən baxılacaq.
 
Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı barədə məlumat verilməyib. Lakin, qeyd edək ki, hazırda "Kaspian Kristal” MMC-nin dövlət büdcəsinə 52 min 660,16 manat vergi borcu  var.
 
"Kaspian Kristal” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı  Eldar Mahmudovun ailə üzvlərinə məxsus olduğu bildirilən şirkətlərin qeydiyyatda olduğu Xətai rayon, Yusif Səfərov, ev 23 A-da yerləşir. "Kaspian Kristal” MMC-nin qanuni təmsilçisi Hacıyev Fuad Vaqif oğludur.
 
Fuad Hacıyevin adının Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işində keçdiyi barədə mətbuatda dəfələrlə yazılıb.
 
Bildirilir ki, Fuad Hacıyev Eldar Mahmudov nazir olduğu zaman NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş Vüqar Mahmudovun tapşırığı ilə ölkədən böyük həcmdə pulların çıxarılmasında iştirak edib. 
 
Onu da bildirək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" adlı Holdinqin İdarə Heyətinin sədri olub. Hazırda Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanında "Crystal Plaza" biznes mərkəzi fəaliyət göstərir. Plazada "Salvador Dali" və "Lord" restoranları fəaliyyətdədir.
 
Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi, "Kristal İnşaat" MMC-nin isə təsisçisi olaraq qeyd olunub.
 
Bunlardan başqa Anar Mahmudov  Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədr olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4  şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.",  "Macent Invest Group SL" və  "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkəti ("Utılıcom" və "Konoco .M") yaradılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol