• $
  • €
  • ₽
  • ₺
  • £

8-ci sinif şagirdi niyə özünü məktəb binasından atıb? - Ailədən açıqlama

8-ci sinif şagirdi niyə özünü məktəb binasından atıb? - Ailədən açıqlama
09.12.2021 19:06
Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olan 14 yaşlı qızın "mavi balina” oyunundan sonra intihara cəhdi ilə bağlı xəbər yayılıb. Qeyd olunub ki, o, idman dərsi zamanı özünü məktəbin üçüncü mərtəbəsindən atıb.

Həmin şagirdin ailə üzvləri baş verənlərlə bağlı "Qafqazinfo”ya danışıb.

Bildirilib ki, hadisə dünən saat 10 radələrində olub:

"Hadisə baş verən gün onların sinfində idman dərsi olub. Bütün sinif dərs üçün zala gedib. Dərsin bitməsinə 10 dəqiqə qalmış qız müəllimdən su içmək üçün icazə istəyib. Müəllim razılaşmasa da, qız bir neçə dəfə istəyini təkrarlayıb. Sonda icazə alan şagird 3-cü mərtəbədə öz siniflərinə qalxıb. Həmin vaxtı sinif tamamilə boş olub.  Təşkilatçı müavin həmin şagirdi pəncərənin kandarında oturaraq ayaqları sallanmış vəziyyətdə görüb və ondan içəri keçməsini deyib. Müavin üçüncü mərtəbəyə qalxana qədər qız özünü aşağı atıb”.
Ailədən onu da bildiriblər ki, uşağın heç bir psixoloji sarsıntısı olmayıb:

"Araşdırmalarda belə bir şey üzə çıxıb ki, bu hadisə "mavi balina” oyunu ilə əlaqəlidir. Oyun insana psixoloji təsir edir, bu səbəbdən olub. Uşağın vəziyyəti yaxşıdır indi, ayağında zədə var. Ailənin durumu yaxşıdır, heç bir problem yoxdur”.

Ailə üzvləri mətbuatda yazılanlarla bağlı da danışıb:
"Saytlarda yazırlar ki, ata içir, bu dezinformasiyadır. Gəlib araşdırmadan kim nə desə, onu yazırlar. Bu uşaq oktyabrın 19-dan bu oyunu oynayırmış, biz də bilmirdik. Biz özümüz Yutubdan baxmışıq, orada yazılır ki, oyunun 50-ci mərhələsi var, o da intihardır. "Mavi balina” oyunundan söhbət gedir, indi onun adını dəyişdiriblər”.

"Ayın 19-dan oynayırmış. Uşaq bəzi şeyləri gizlədə bilər. Hazırda xəstəxanadadır. Ailə ilə bağlı heç bir problem yoxdur, səbəb "mavi balina” oyunudur. O oyun insanı özünə cəlb edir. O oyunda deyilir ki, bıçaqla əlini kəs, bıçaqla əlinə nə isə yaz və s. Uşağın məktəbdə də problemi olmayıb, həmişə nəzarət edirik. Ümumiyyətlə, problemli uşaq deyil. Sakitdir, aqressiv deyil”, - ailədən qeyd edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol