• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişığ”ın əməkdaşlarına qarşı günün ikinci olayı - Bu dəfə bıçaqladılar

“Azərişığ”ın əməkdaşlarına qarşı günün ikinci olayı - Bu dəfə bıçaqladılar
09.12.2021 20:10
Bu gün Azərbaycanda "Azərişığ"ın əməkdaşlarına qarşı günün ikinci kriminal hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Lənkəranda qurum əməkdaşının maşınının yandırılmasından sonra bu dəfə Ağdamın Quzanlı qəsəbəsində "Azərişığ"ın iki əməkdaşı bıçaqlanıb.

Belə ki, Oğuz rayonu, Bayan kənd sakini Rəhim Kərimov Quzanlıda qonaq qaldığı evdə "Azərişığ”ın iki əməkdaşına bıçaqla xəsarət yetirib.


Belə ki, o, elektrik sayğacının yoxlanılması əsnasında aralarında yaranmış münaqişə zamanı rayonun İmamqulubəyli kənd sakinləri - 1959-cu il təvəllüdlü Firdovsi Mirzəyev və 1962-ci il təvəllüdlü Şükür Mirzəyevi bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı saytımıza açıqlamasında bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş  Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol