• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Sənaye Korporasiyası"nda yeni təyinat olub

"Azərbaycan Sənaye Korporasiyası"nda yeni təyinat olub
16.12.2021 16:40
Rüstəm Əkbərli ‘’Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin (ASK) Strateji inkişaf və kommersiya departamentinə direktor təyin olunub, bu barədə qurum məlumat yayıb. 

O, 1990-cı ildə Yardımlı rayonunda anadan olub, 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində "Beynəlxalq münasibətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr təhsili alıb, 2012-2013-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentində mütəxəssis vəzifəsində çalışıb, 2013-2014-cü illərdə Türkiyənin İstanbul Universitetində "Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə magistr təhsili alıb. 2007-2015-ci illərdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” çərçivəsində 2014-2016-cı illərdə Avstraliyanın Sidney şəhərində yerləşən Makkuori Universitetində "Beynəlxalq biznes və beynəlxalq münasibətlər" ixtisası üzrə ikili magistr dərəcəsi alıb. 2016-2017-ci illərdə "Nurgün Holdinq”də Biznesin inkişafı şöbəsində menecer, daha sonra şöbə müdiri vəzifəsində çalışıb, 2018-2019-cu illərdə ASK-nın Maliyyə departamentində İnvestisiya şöbəsinin aparıcı və baş mütəxəssisi, daha sonra şöbə müdiri vəsifəsində çalışıb, ötən ilin əvvəlindən Strateji inkişaf və kommersiya departamentində direktor müavini olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol