• $
  • €
  • ₽
  • ₺
  • £

Bullinqə daha çox kimlər məruz qalır?

Bullinqə daha çox kimlər məruz qalır?
17.12.2021 15:05
2020-ci ildə psixi və davranış pozuntusu üzrə qeydə alınan 0-18 yaşa qədər uşaqların sayı 2629 olub. 12-18 yaş arasında olan uşaqlar daha çox bullinqə məruz qalır, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
 
"0-13 yaş arası uşaqların sayı 1 946 olub. Pandemiya və məktəblərin bağlanması ilə uşaqların kiber bullinqə məruz qalması çoxalıb. Lakin məktəblər və universitetlərdə  bullinqə məruz qalan şagirdlərin konkret statistikası aparılmır. Lakin belə hallar var. Məsələn, məktəblilər yeni gələn şagirdi asanlıqla qəbul etmək istəmirlər. Daha çox həssas, konfliktli və zarafatları narahatlıq kimi qəbul edənlər bullinqə tez məruz qalır. Belə uşaqlar da şiddətə məruz qoymağı xoşlayanların hədəfinə çevrilmiş olurlar. Ailədaxili münaqişədən əziyyət çəkənlər cəmiyyətə elə də tez adaptə oluna bilmirlər. Sinifdə həmin uşaqları tez hədəfə alırlar", - deyə nazirlik rəsmisi bildirdi. 
 
Bullinq iş yerində və ya məktəb mühitində başqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdlar və ya həmkarlar tərəfindən göstərilən təzyiqdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol