• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artırılacaq

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artırılacaq
23.12.2021 19:58
"Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində vaxtında lazımi tibbi xidmətlər göstərilir”.

Anews.az  xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar barədə dinləmədə deyib.

Z.Əliyev bu sahədə peşəkar tibbi kadrların hazırlanmasının önəmli olduğunu deyib. Əhalinin icbari tibbi sığorta çərçivəsində vaxtında tibbi xidmətlərlə təmin olunması üçün xəstəxanalarda informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması, tibbi avadanlıqlarla təminat məsələlərindən bəhs edib.

Bildirilib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə zəruri işlər görülür.

Qeyd olunub ki, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi və digər tədbirlər göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək.
Zaur Əliyev icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin Xidmətlər Zərfində əks olunduğunu söyləyib. O, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin növləri barədə məlumat verib və bu xidmətlərin sayının gələcəkdə daha da artırılmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edilib ki, Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, insanların vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir. Xidmətlər Zərfindən bütün sığortaolunanlar istifadə edə bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol