• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək

Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
28.12.2021 14:32
Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydaları haqqında qərarının icrasına nəzarət edilməsi məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqlər bayram günlərində daha da intensivləşdiriləcək.
 
Agentlikdən  verilən məlumata görə, qonaqların və hotel əməkdaşlarının təhlükəsizliyini, eləcə də Bakıda və regionlarda yerləşən hotellərin davamlı fəaliyyətini təmin etmək məqsədilə aparılan monitorinqlərdə gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi və karantin rejimi qaydalarına əməl edilmə səviyyəsi yoxlanılacaq
 
Dövlət Turizm Agentliyi bir daha hotellərin işçi heyətinə, eləcə də qonaqlara xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə COVID-19 pasportunun olması, sosial məsafənin gözlənilməsi, eləcə də dezinfeksiyaedici məhlullardan, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olması barəsində xəbərdarlıq edib və pandemiya ilə əlaqədar olaraq müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol