• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıdı

ÜST kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıdı
01.01.2022 09:19
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb.

Bu barədə "RİA Novosti”yə ÜST-ün psixoaktiv maddələr və asılılıq yaradan davranışlar üzrə eksperti Vladimir Poznyak bildirib.

İndi oyun asılılığı Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının 11-ci yeniləməsinə daxil edilib. Bu, psixi pozğunluğun bir növü kimi tanınır.

"Kompüter oyunlarından asılılığının diaqnozunu yalnız təlim keçmiş tibb mütəxəssisləri qoya bilər. Ona görə də oyun pozğunluğunun diaqnostik təsvirini qohumlara və ya dostlara şamil etmək olmaz. Bu, həkimlərin müstəsna hüququdur", - o vurğulayıb.

Agentliyin müsahibi qeyd edib ki, bayram günlərində insanların çoxu kompüter arxasında, o cümlədən video oyunlar oynamaqla daha çox vaxt keçirir. Bununla belə, oyun fəaliyyətinin artmasının xəstəlikdən xəbər verdiyini söyləmək olmaz. Bu nəticələr mütəxəssislər tərəfindən çıxarıla bilər.

Xəstədə il boyu onun həyatının bir çox sahəsinə, o cümlədən ailəsinə və peşə həyatına mənfi təsir göstərən oyun pozğunluğu əlamətləri görünməlidir.

Bununla belə, kompüter sənayesinin nümayəndələri oyun aludəçiliyinin xəstəliklər siyahısına salınmasının əleyhinədirlər. Onlar hesab edirlər ki, oyunların "tərbiyəvi və müalicəvi” funksiyaları var.(report.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol