DTA: "Turistlərin karantin qaydalarını pozmamasına nəzarət edilir"

"Turizm Könüllüləri" İctimai Birliyinin üzvləri 2021-ci ilin 30 dekabrından etibarən "Şahdağ” Turizm Mərkəzi və "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində, həmçinin "Tufandağ”, "Qafqaz Resort”, "Qafqaz Riverside” hotellərində hərəkətin idarə edilməsi işində iştirak edirlər
Bu barədə Anews az-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı, həmçinin qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























