• $
  • €
  • ₽
  • ₺
  • £

Qəhvənin gözlənilməz faydaları məlum olub

Qəhvənin gözlənilməz faydaları məlum olub
02.01.2022 13:30
Qəhvənin gözlənilməz faydaları açıqlanıb. Məlum olub ki, qəhvə içmək qaraciyərin fəaliyyətinə faydalı təsir göstərir.

"Report”un məlumatına görə, bu barədə "The Mirror” nəşri Böyük Britaniyanın Sauthempton və Edinburq universitetlərinin alimlərinə istinadən xəbər verib.

Tədqiqatçılar Böyük Britaniyanın biobankından 495 585 nəfərin məlumatlarını götürüblər. Beş nəfərdən dördü üyüdülmüş və ya hazır qəhvə içib, on nəfərdən ikisi isə ümumiyyətlə içməyib. Alimlər araşdırma zamanı belə qənaətə gəliblər ki, bu içkidən istifadə edənlər arasında xroniki qaraciyər xəstəliyi riski 21 faiz azalıb, onların ölümdən qaçmaq ehtimalı isə 40 faiz artıb.

Alimlər həmçinin aşkar ediblər ki, qəhvə içənlərdə piylənmə riski 20 faiz azalır. Bu təsir içkinin tərkibində olan maddələr - kaveol və kafestolla izah edilir.
"Biz belə nəticəyə gəldik ki, qəhvə xroniki qaraciyər xəstəliyindən qoruyaraq profilaktik təsirə malikdir. Bu, insanların keyfiyyətli tibbi xidmət almaq imkanlarının az olduğu və xroniki qaraciyər xəstəliyinin yükünün ən yüksək olduğu aşağı gəlirli ölkələrdə çox dəyərlidir”, - deyə araşdırma qrupunun rəhbəri Oliver Kennedi bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol