• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı fotoqraf vəfat edib

Azərbaycanlı fotoqraf vəfat edib
04.01.2022 11:48
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Kamal Babayev vəfat edib.
 
Bu barədə mərhumun yaxınları məlumat verib.
 
Bildirilib ki, K.Babayev uzun sürən xəstəlikdən sonra 95 yaşında dünyasını dəyişib.
 
K.Babayev 1927-ci il iyunun 3-də Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və bu günə kimi muzeyin fotoqrafı kimi işləyib.
 
1990-cı illərdə Moskvada çıxan "Panorama Azərbaycana" qəzeti ilə əməkdaşlıq edib, fotoşəkil və məqalələri dərc olunub. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş "Master i Marqarita" müsabiqəsinin və "Serdse" müsabiqəsinin diplomlarını alıb. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış "Azərbaycan fotoqraflarının əsərləri" sərgisində bir neçə əsəri ilə çıxış edib. "Azərbaycan Elmlər Akademiyası" fotoalbomunun müəllifidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol