• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: “Lazım olmadığı halda 2-3 çörək alırlar, amma istifadə etmirlər”

Deputat: “Lazım olmadığı halda 2-3 çörək alırlar, amma istifadə etmirlər”
04.01.2022 18:19
"Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, srağagündən qalmış çörək qurusu asılır. Yəni ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq. Dünya o dünya deyil, sudan da ehtiyatla istifadə edilməlidir. Atmosfer dəyişir, kənd təsərrüfatı həm də iqlimdən, təbiətdən asılıdır. Ona görə də təbiəti qorumaq, ehtiyatlı istifadəyə meyillənmək lazımdır. Gəlin çörəkdən, qidadan artıq alıb sonra xarab olduğu üçün heyvanlara verməyək”.

Anews.az  xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputatın sözlərinə görə, un məhsullarının, eləcə də çörəyin qiymətinin qalxması dövlətlə birbaşa əlaqəli deyil: "Dövlət, yəqin ki, problemin qarşısını almaq üçün kompensasiya edəcək. Hesab edirəm ki, belə problemləri önləmək üçün tədbirlər görmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə taxıl əkini ilə məşğul olan dövlətlər daha bu işlə məşğul olmurlar. Beləliklə, taxıl istehsalı azaldığı üçün dünya bazarında taxılın qiymətində də artım baş verir. Üstəlik, bəzi Çin kimi dövlətlər dünya taxıl ehtiyatının 60 faizini ələ keçirib, ehtiyat fondu yaradıblar. Bu, dünya üçün böyük problemdir. ABŞ da dünya qarğıdalı ehtiyatını təxminən 55-60 faizinə sahibdir. Azərbaycanda isə taxıl ehtiyatı təxminən 3-4 aylıqdır. Bu, əlbəttə ki, azdır. Bizə heç olmazsa, minimum bir illik taxıl ehtiyatına sahib olmaq lazımdır. İnşallah, yaxın günlərdə Ziyad Səmədzadə ilə birlikdə bu sahə ilə əlaqəli elmi konfrans təşkil etməyi planlaşdırırıq”.

Deputat deyib ki, Azərbaycanın istehlak edilən taxılın əksər hissəsini xaricdən aldığını nəzərə almaq lazımdır: "Misal üçün, Türkiyə həmişə taxıl istehsalçısı olduğu halda, indi kənardan idxal edir. Hesab edirəm ki, məsələyə ölkə Prezidenti tərəfindən baxılacaq və müəyyən tədbirlər görüləcək. Yəni, bu, birbaşa dünya bazarı ilə bağlıdır. Dünya dövlətləri taxılçılıqla məşğul olmalı, həm də ehtiyat fondu yaratmalıdırlar. Bəzi dövlətlər hesab edir ki, iqtisadiyyatı başqa sahə ilə inkişaf etdirib dünya bazarında mövcud olan taxıldan idxal edərək dolanmaq mümkündür. Bir mütəxəssis kimi hesab edirəm ki, Azərbaycan təcili şəkildə taxıl məhsulu istehsalını gücləndirməli və ehtiyatını artırmalıdır. Azərbaycanda məhsuldarlıq aşağıdır.
 
Ümumiyyətlə Azərbaycan məhsuldarlığı aşağı olan dünya dövlətləri arasındadır. İstehsalı artırmaqla özümüzü tam təmin edə bilməsək də, təminatı yaxşılaşdırmaq mümkündür. Misal üçün, işğaldan azad edilmiş ərazilərdə münbit torpaqlarda istehsala başlamaq mümkündür. Bundan başqa, vətəndaşlar da israfçılığa yol verməməlidirlər”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol