• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Klinikada 6 nəfərlik say düzəlməsə, peyvənd vurulmur

Mərkəzi Klinikada 6 nəfərlik say düzəlməsə, peyvənd vurulmur
05.01.2022 16:21
Mərkəzi Klinikada koronavirusla bağlı peyvənd olunmaq istəyən şəxslərin sayı 6 nəfərdən azdırsa, peyvənd flakonu açılmır. 
 
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, "Pfizer” peyvəndi üçün müraciət edən şəxslərin sayı 6 nəfər olmasa, klinika peyvənddən imtina edir. Müraciət edənlər ya növbəti vətəndaşları gözləməli, ya da, peyvənd olunmadan klinikanı tərk etməlidirlər. 

Bəs tibb müəssisəsi say çatışmazlığını əsas gətirərək peyvənd vurmaqdan imtina edə, vətəndaşa bu tipli tələb qoya bilərmi?

Artıq eyni məzmunlu bir neçə şikayətlə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, "Pfizer-BioNTech” peyvəndinin ampulaları 6 nəfərin istifadəsinə uyğun şəkildədir: "Peyvənd itkilərinin olmaması səbəbindən bu say gözlənilə bilər. Uyğun vətəndaş sayı olmasa belə, heç bir halda peyvənd məntəqələrinə immunizasiyadan imtina etmələri haqqında göstəriş verilməyib”.

"Pfizer-BioNTech” peyvəndi Bakıda yalnız bir neçə tibb müəssisəsində tətbiq olunur. Onlardan biri də Mərkəzi Klinikadır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol