• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələri və müharibə əlilləri üçün 500 fərdi ev tikilir

Şəhid ailələri və müharibə əlilləri üçün 500 fərdi ev tikilir
07.01.2022 19:48
Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işləri bu il daha da genişlənəcək. Bu işlər çərçivəsində Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar üçün 500 fərdi ev də inşa etdirilir.

Nazirlikdən Anews.az-a verilən məlumata görə, 2022-ci ildə həmin evlər, həmçinin, yaxın vaxtlarda Şəmkirdə Uşaq Bərpa Mərkəzi, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Bu barədə sosial müdafiə və reabilitasiya əhəmiyyətli obyektlərin tikintisi və təmiri işlərinin, bu sahədə qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Nazirlikdə keçirilən iclasda bildirilib.
Qeyd edilib ki, hazırda respublikanın bir sıra bölgələrində (Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı və s.) də DOST Mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.

Eyni zamanda, Masallı rayonunda Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.
Habelə Lənkəran və Xaçmaz rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün sanator kurort tipli reabilitasiya müəssisələri açılacaq.

İclasda təmir-tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun, vaxtında və keyfiyyətli aparılması sahəsində görülən işlər də müzakirə olunur.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol