• $
  • €
  • ₽
  • ₺
  • £

Beş şəhərdə ödənişsiz İT təlimləri keçiriləcək

Beş şəhərdə ödənişsiz İT təlimləri keçiriləcək
12.01.2022 12:14
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə ödənişsiz informasiya texnologiyaları (İT) təlimləri regionlarda davam etdirilir. Bölgələrdə gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən "İT texnik” təlimində iştirak təqaüd proqramı əsasında olacaq. 


Təlimləri "İKT LAB” Tətbiq və Tədris Mərkəzi Zaqatala, Mingəçevir, Şamaxı, Gəncə və Şəki şəhərlərində yerləşən tədris mərkəzlərində keçirəcək. Digər regionlardan olan şəxslərin dərslərə onlayn qoşulmaq imkanı olacaq. Fevral ayında başlayan təlim 3 ay  müddətində davam edəcək. 


Kursu uğurla bitirənlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "İKT LAB” Tətbiq və Tədris Mərkəzinin sertifikatı ilə təltif olunacaqlar. 


Təlimlərdə iştirak üçün 30 yanvar tarixinədək bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.


Təlimlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, UNESCO təşkilatının və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, "Aztelekom” MMC-nin tərəfdaşlığı ilə "İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən "Gənc İT peşəkarlar” layihəsi çərçivəsində təşkil olunur.







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol