• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı ata qızının soyadı ilə bağlı məhkəməni uduzdu

Rusiyada azərbaycanlı ata qızının soyadı ilə bağlı məhkəməni uduzdu
12.01.2022 21:16
Rusiyanın Nijnevartovsk məhkəməsi azərbaycanlı atanının qızının soyad sonluğu ilə bağlı iddiasını təmin etməyib.

"Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, azərbaycanlı ata N. qızının soyad sonluğunun milli ənənələrə uyğun olaraq "qızı” ilə bitməsini istəyib və doğum haqqında şəhadətnamənin dəyişməsi üçün müvafiq dövlət orqanına müraciət edib. Lakin o, rədd cavabı aldığından məhkəməyə müraciət etməli olub. Nijnevartovsk məhkəməsi isə "uşağın soyadı atanın milli adət-ənənələrindən asılı deyil” bəyanatı ilə şikayəti təmin etməyib. 

"Bu tələblərlə məhkəməyə müraciət edən vətəndaş N. arqumentlərindən biri onun özünün milliyyətcə azərbaycanlı olması, ailəsində Azərbaycan adət-ənənələrinə riayət olunması, ona görə də ailə adət-ənənələrini qorumaq üçün vətəndaşlıq vəziyyəti aktına dəyişiklik edilməsi zərurəti olub”, - Nijnevartovsk məhkəməsinin mətbuat xidmətindən bildiriblər.
Qanuna görə, vətəndaşlıq qeydlərində bu cür dəyişikliklər "yalnız uşağın maraqları naminə” edilməlidir. Qeyd edək ki, qızın milliyyətcə rus olan anası da ərinin tələblərini dəstəkləməyib.
 Qeyd edək ki, hətta Rusiya Ədliyyə Nazirliyi də bu işə qarışmışdı. Nazirliyinin əməkdaşları Azərbaycandan olan həmkarlarından məsələyə aydınlıq gətirməyi xahiş ediblər. Məlum olub ki, respublikanın qanunvericiliyində milli adət-ənənələrə uyğun olaraq ata adının dəyişdirilməsi ilə bağlı öhdəliklər yoxdur. Nəticədə N. məhkəməni uduzub.
Yuxarı instansiyaya edilən müraciət də təmin edilməyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol