• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri keçirilib

İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri keçirilib
14.01.2022 17:45
13-14 yanvarda Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı əsasında insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə təlimi təşkil olunub.

Ölkə ərazisində fəaliyyət göstərən hotel nümayəndələri, turoperatorlar və turizm agentlikləri nümayəndələri üçün təşkil olunmuş təlim DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə tərəfindən keçirilib.

Təlim zamanı "İnsan alveri nədir?”, "İnsan alverinə qarşı mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar”, "İnsan alverinin qurbanlarının müəyyən edilməsi”, "İnsan alverinin nəzəri anlayışları” kimi mövzular üzrə geniş məlumat verilib və iştirakçılarla interaktiv müzakirələr aparılıb.

İştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı broşürlər və bukletlər paylanılıb.

Maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020- 2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.7.1 yarımbəndinə əsasən təşkil edilib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol