• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin şikayətinə fevralın 24-də baxılacaq

Jurnalistin şikayətinə fevralın 24-də baxılacaq
07.02.2022 14:28
Xeberman.com saytının redaktoru Polad Aslanovun Apellyasiya məhkəsinin qərarından verilmiş kassasiya şikayətinə  fevralın 24-ü baxılacaq, bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova bildirib.

"Ali Məhkəmədə dedilər ki, buna səbəb sədrlik edən hakimin üzrlü səbəbdən olmamasıdır - deyə, o bildirib.
 
Polad Aslanov Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və prosesə sədrlik edən hakim Hafiz Nəsibova müraciət edib.

O, müraciətində məhkəmə proseslərin tam şəkildə açıq keçirilməsini, iştirak etmək istəyən hüquq müdafiəçilərinin, media nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin prosesdə iştirakına şərait yaradılmasını xahiş edib.

"Mən Ali Məhkəmədən işimə tam şəkildə ədalətlə baxılmasını, Azərbaycan Respublikasının Bayrağı altında, Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar verilməməsini xahiş və tələb edirəm, - deyə o bildirib. 

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.
 
Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol