• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neçə tələbə ödənişli təhsil alır?

Azərbaycanda neçə tələbə ödənişli təhsil alır?
07.02.2022 11:43
Azərbaycanda təhsil haqqını ödəyən tələbələrin sayı 126 173 nəfərdir, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

"Onların 28 674-ü akademik borcu olanlardır. Bu da həmin tələbələrin 20-30 %-ni təşkil edir. 41 291-inin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 % təşkil edir", deyə sədr məlumat verib.

2021/2022-ci tədris ilində ödənişli təhsil alan 1-ci kurs tələbələrdən 40 719 nəfəri təhsil krediti almaq hüququ var. Həmin tələbələrdən 21 364-ü bakalavr, 6 522 nəfəri magistr, 12 833 nəfəri isə subbakalavrdır.

Sədr qeyd edib ki, Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir.

"Əhalinin hər 10000 nəfərinə düşən tələbələrin sayı 200 nəfərdir. Bu rəqəm orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir. Bütün əyani təhsil alan tələbələrin 59,5% ödənişli təhsil alan tələbələrdir, o cümlədən bakalavriat səviyyəsi üzrə 58,5%, magistratura səviyyəsi üzrə 62.8% və subbakalavriat səviyyəsi üzrə 61% ödənişli təhsil alır", - deyə o bildirdi. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol