• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərdə qış tətilinin müddəti uzadılsın - TƏKLİF

Ali məktəblərdə qış tətilinin müddəti uzadılsın - TƏKLİF
10.02.2022 12:59
Azərbaycanda ali məktəblərdə qış tətilinin müddətinin uzadılması təklif edilib. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

O bildirib ki, koronavirusun "Omikron" ştamının epidemiyası Azərbaycanda bir aydan artıqdır ki, davam edir və yoluxma pik həddinə çatmaqdadır.

"Omikron" ştamı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir, remissiya dövrü qısadır, az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur. Buna görə də omikron infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük. Ali məktəblərdə qış tətili fevralın 15-də bitir. Yeni təhsil sessiyasının başlanması "Omikron" ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyil. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir. Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq. Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təklif edirəm ki, təhsil müəssisələrində qış tətiinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sesiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin. Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10-15 gündə "Omikron"un yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik", - komitə sədri vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol