• $
  • €
  • ₽
  • ₺
  • £

Bu xəstəxanalarda işləməyən həkimlərə maaş verilirmiş - RƏSMİ

Bu xəstəxanalarda işləməyən həkimlərə maaş verilirmiş - RƏSMİ
10.02.2022 14:38
Ötən il Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında maliyyə pozuntuları aşkarlanıb, bəzi vəsaitlərin xəstəxananın kassasına mədaxil edilmədiyi məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti məlumat yayıb.

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında aparılan nəzarət tədbirləri zamanı "İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nə daxil olmayan tibbi xidmətlərdən daxil olan vəsaitin xəstəxananın kassasına mədaxil edilmədiyi, cari və əsaslı təmir işlərinin həcmlərinin artırıldığı və podratçı təşkilatlara artıq büdcə vəsaitinin ödənildiyi müəyyən olunub.

Həmçinin, işə davamiyyəti olmayan, yəni faktiki olaraq işləməyən işçilərə, o cümlədən həkimlərə əsassız olaraq uzun müddət əməkhaqqı verildiyi, imtiyazlı xəstələr üçün aptek bölməsi tərəfindən tərtib edilmiş hesabatlarda qiyməti daha yüksək olan dərmanların miqdarının həkim reseptlərində çox göstərildiyi və bu kimi nöqsanlar nəticəsində büdcə vəsaitinin artıq xərcləndiyi müəyyən edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol