• $
  • €
  • ₽
  • ₺
  • £

Bu fondun daşınmaz əmlak alt portfelinin həcmi 2,8 milyard ABŞ dollarıdır

Bu fondun daşınmaz əmlak alt portfelinin həcmi 2,8 milyard ABŞ dollarıdır
15.02.2022 13:42
2021-ci ilin sonuna Dövlət Neft Fondunun daşınmaz əmlak alt portfelinin həcmi 2,8 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verilib. 

Bildirilib ki, bu ümumi portfelin 6,1 faizinə bərabər olub:

"İlin yekunlarına əsasən daşınmaz əmlak alt portfelindən 326,6 milyon ABŞ dolları həcmində gəlir əldə edilib ki, bununla da sözügedən alt portfel üzrə ümumi gəlirlilik 12,5 faiz təşkil edib. Eləcə də, xüsusilə qeyd etmək olar ki, daşınmaz əmlak investisiyalarına başlanandan hazırkı dövrə qədər bu investisiyalardan kumulyativ olaraq 77 faiz gəlirlilik əldə edilib”, - deyə bildirilib. 

Əlavə edilib ki, Neft Fondunun daşınmaz əmlak investisiyaları çərçivəsində ilkin mərhələdə şəffaf bazar mühitinə və yüksək likvidliyə malik bir sıra inkişaf etmiş ölkələrin əsas şəhərlərinin mərkəz ərazilərində yerləşən kommersiya tipli daşınmaz əmlak obyektlərinə birbaşa investisiyalar nəzərdə tutulurdu. Bu məqsədlə 2012-ci ildə yuxarıda sadalanan meyarlar üzrə daşınmaz əmlak bazarları ətraflı təhlil edilərək ilk birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirilib.

"Cari ümumi daşınmaz əmlak alt portfelinin 27 faizini təşkil edən adıçəkilən birbaşa investisiyalar London, Moskva, Paris və Tokio şəhərlərində yerləşən daşınmaz əmlak obyektlərindən ibarətdir və 2021-ci il ərzində birbaşa investisiyalar üzrə toplam gəlirlilik 6,2 faiz təşkil edib. Bu nəticənin əldə olunmasında Londonda yerləşən daşınmaz əmlak obyektinin böyük töhfəsi var. Belə ki, 2021-ci ilin sonuna yekunlaşan əsas təmir işlərinin və yeni icarəçilərlə bağlanan müqavilələr nəticəsində sözügedən binanın dəyəri müstəqil dəyərləndirməyə əsasən 41 milyon funt sterlinq artaraq 174,5 milyon funt sterlinqinə qədər qalxıb”, - deyə o vurğulayıb.

Hesablamalar Palatasının rəyinə əsasən, 2022-ci ildə Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gözlənilən gəlir həcmi 144,7 milyon dollar müəyyən edilib. 2022-ci il üzrə Fondun daşınmaz əmlak üzrə gözlənilən nominal gəlirlilik göstəricisinin 5,2 faiz təşkil edəcəyi müəyyənləşdirilib.

Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 milyard 658,1 milyon ABŞ dolları təşkil edib. Fond London şəhərinin Vest End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 133,8 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi "Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 milyard 38,1 milyon Rusiya rublu təşkil edən "Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,3 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 56,742 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol