• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Avtomobil yollarındakı son vəziyyət açıqlanıb
12.01.2023 09:47
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin əsas yollarında saat 9:00-a olan vəziyyət barədə məlumat yayıb.

Qurumdan  verilən məlumatda bildirilib:

1. "ZƏFƏR yolu”: Yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

2. Toğanalı - Kəlbəcər - İstisu: Qar yağmır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. "Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-20 dərəcə şaxta müşahidə olunur. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər davam etdirilir.

3. Bakı - Quba: Yağıntı yoxdur, yolun Siyəzən və Şabran rayonları ərazisindən keçən hissəsində 4-5, Quba və Qusa rayonları ərzisindən keçən hissəsində 8-10 dərəcə şaxta var. Yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 km, Bakı istiqamətində) güclü külək yolun hərəkət hissəsində qar yığıntıları əmələ gətirmişdir ki, bu da nəqliyyatın hərəkətində çətinlik yaratmışdır. Cəlb olunmuş xüsusi təyinatlı texnika vasitəsilə yol qardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur, yol boyu qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var.

4. Giləzi - Xızı: Xızı rayonu ərazisində yağntı yoxdur. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb.
Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

5. Bakı-Qobustan: Zəif qar yağır, yol qardan təmizlənir, bununla yanaşı duz-qum səpilir. Qobustan rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6. Qobustan - Şamaxı - Muğanlı: Zəif qar yağır, yol qardan təmizlənir, bununla yanaşı duz-qum səpilir. Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7. Muğanlı – Ağsu-Yevlax: Muğanlı ərazisində zəif qar yağır, buzlaşmanın aradan qaldırılması ilə əlaqədar yola qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

8. Muğanlı - İsmayıllı: Muğanlı ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun mailliyi cox olan hissələrindədə, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

9. İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

10. Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11. Şəmkir - Gədəbəy: Yağıntı yoxdur, hava dumanlıdır, Gədəbəy rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

12. Gəncə - Daşkəsən: Yağıntı yoxdur, marşrut üzrə 13-17 dərəcə şaxta müşahidə olunur. Daşkəsən rayonu ərazisində hava dumanlıdır. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir.  Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

13. Ələt - Astara: Yol boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

14. Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur,  6-7 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Hərəkət təmin olunub.

15. Lənkəran – Lerik: Lerik rayonu ərazisində yağıntı yoxdur,  8-9 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

16. Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax: Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17. Hacıqabul – Bəhramtəpə – Horadiz: Hacıqabul rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol