• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda tikilən məktəblərin sayı açıqlanıb

Qarabağda tikilən məktəblərin sayı açıqlanıb
12.01.2023 15:12
Füzuli, Cəbrayılda və Zəngilanda 960 yerlik məktəblər tikilir, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
 
Onun sözlərinə görə, həmin məktəblərdən 5-i işğaldan azad edilmiş ərazilərdə olacaq.

"Ağalı kənd məktəbindən əlavə olaraq 2022-ci ildə Tərtər rayonu, Suqovuşan kənd məktəbi əsaslı təmirdən sonra hazırlanıb. Hələ istismara verilməyib, amma açılışa hazırdır. Şuşada 1 nömrəli və Ağdam şəhərlərində 1 nömrəli 960 yerlik məktəblər tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir”,- rəis müavini əlavə edib.
 
Fərhan Əliyev bildirib ki, 2022-ci ildə 31 təhsil müəssisəsi təhvil verilib.
 
"Həmin məktəblərdən 26-sı tikilib, 5-i isə əsaslı təmir olunub. Həmin məktəblərin içində peşə, internat, məktəbdənkənar müəssisə də olub. Əlavə olaraq da 30 modul məktəbi quraşdırılıb. Son 6 ildə isə 414 modul məktəb tikilib",- Fərhan Əliyev bildirib.
 
Ümumilikdə Azərbaycanda 4500 məktəb var.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol