AŞPA-nın qış sessiyası yanvarın 23-də başlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası 2023-cü il yanvarın 23-dən 27-dək Strasburqda keçiriləcək.
Bu barədə AŞPA-nın Mətbuat xidməti məlumat yayıb.
Sessiyada Rusiyanın Ukraynaya qarşı müharibəsinin hüquqi və insan haqları baxımından aspektləri, silahlı münaqişələrin ətraf mühitə təsiri, həmçinin etik, mədəni və təhsil məsələləri müzakirə ediləcək.
www.anews.az
























