• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB virusa yoluxanlarla bağlı əhaliyə çağırış edib

TƏBİB virusa yoluxanlarla bağlı əhaliyə çağırış edib
18.01.2023 16:10
Soyuq ayların daxil olması ilə bərabər ölkə ərazisində kəskin respirator virus infeksiyalarına yoluxmalarda kəskin artım müşahidə edilir. Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, xəstəlik əsasən azyaşlı uşaqlar arasında yayılıb.
 
"Xəstəlik şiddətli qızdırma, öskürək, boğaz ağrısı, halsızlıq kimi uzun müddət davam edən əlamətlərlə özünü biruzə verir. Ekspertlərin fikrincə, bu il qrip xəstəliyinin ağır keçməsi və uzun müddət davam etməsinin əsas səbəbi ondan ibarətdir ki, son 3 il ərzində COVİD-19 pandemiyası dövründə əhali kəskin respirator virus infeksiyaları ilə çox az təmasda olduğundan xəstələnmə və yoluxma halları kəskin aşağı düşüb. Bununla əlaqədar da orqanizmin viruslarla mübarizə qabiliyyəti zəifləyib. Ümumiyyətlə, 2022-ci ilin 22 noyabrında ÜST-ün Avropa regionu qrip pandemiyası elan edib. Dekabrın 1-də ÜST-ün yaydığı bəyanatda əhalinin həm qripə, həm də koronavirusa qarşı vaksinasiya olunması, o cümlədən gigiyena qaydalarına əməl etmələri tövsiyə edilib".
 
Nəzrin Mustafayeva evdə müalicə aparanlara da tövsiyələr verib.
 
"Xəstəliyin müalicəsi əsasən ev şəraitində aparılır. Bol maye qəbulu, yataq rejimi, sağlam qidalanmaya riayət edilməlidir. Ehtiyac olduğu təqdirdə simptomatik müalicə metodlarına müraciət etmək olar. Simptomatik müalicə qızdırma salan, öskürək əleyhinə dərmanlar və vitaminlərdən istifadədir. Lakin bir çox hallarda müşahidə edirik ki, xəstələr həkimə müraciət edənə qədər antibiotiklərdən, virus əleyhinə dərmanlardan, ev şəraitində sistemlərdən, venadaxili müdaxilələrdən istifadə edirlər. Bu da xəstəliyin daha da ağırlaşmasına, orqanizmin viruslarla mübarizə qabiliyyətinin düşməsinə səbəb olur. Əhalini bu cür yanlış müalicə metodlarından istifadə etməməyə çağırırıq. Vəziyyətin ağırlaşdığını görürlərsə, həkimə müraciət edə bilərlər".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol