• $
  • €
  • ₽
  • ₺
  • £

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub
22.01.2023 18:30
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinini əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, "Saipa” markalı avtomobilin sürücüsü Soltanəli Məcidov və "VAZ-2107”nin sürücüsü Rəvan Qədirov törətdikləri qayda pozuntularına görə yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar. Sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan onların tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin də nəticəsinə əsasın həmin şəxslərin marixuanadan istifaddə etdikləri sübuta yetirilib.

Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsi ilə protokol tərtib olunaraq barələrində qanunamüvafiq tədbir görülüb. (report.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol