• $
  • €
  • ₽
  • ₺
  • £

Şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb

Şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb
23.01.2023 15:53
Sosial media mütəxəssisi və şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinir.

Belə ki, İlqar Mirzə bu il yanvarın 8-də həyat yoldaşını birgə yaşadıqları evdə döyüb. O, ailə münaqişəsi zəminində xanımının baş nahiyəsindən bir neçə dəfə vurmaqla, burun qanaxması və göz nahiyəsində əzilmələrə səbəb olub.

Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqat aparılıb. İlqar Mirzə barəsində cinayət təqibi başlanaraq toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi ilə əlaqədar məhkəmənin hazırlıq iclası 27 yanvara təyin edilib. 

Hadisə ilə bağlı mövqeyini öyrənmək üçün İlqar Mirzənin özü ilə də əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında məsələnin həqiqətəuyğun olmadığını və bu işin sifariş olduğunu iddia edib: "Hadisəni araşdıran təhqiqatçıdan daha ətraflı məlumat əldə edə bilərsiniz”. 

Uzun müddətdir sosial media sahəsində mütəxəssis kimi çalışan İlqar Mirzə TedX, MilliNet, Xaricdə Təhsil Forumu kimi bir sıra böyük tədbirlərdə təlimçi kimi çıxış edib. O, hazırda SMM şirkətlərindən birinin rəhbəridir.(Qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol