• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur
26.01.2023 17:50
"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


"Azercell Telekom” MMC-in qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmiş proqramın birinci mərhələsi yekunlaşıb. Ölkənin lider mobil operatorunun "FemTech” şirkətinin tərəfdaşlığı ilə "Her Improvement" layihəsi çərçivəsində iştirakçılar Rəqəmsal məhsullar, Blokçeyn, NFT, Ağıllı şəhər-kənd, Müasir texnologiyalar veb 3, Startapların günümüzdə rolu mövzularını əhatə edən təlimlər keçiblər. Qeyd edək ki, təlimçilər arasında Azercell şirkətinin əməkdaşları da yer alır. 


Hazırda yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan gənc qadınlardan ibarət 5 komandanın təqdim etdiyi məhsulun doğru istiqamətləndirilməsi, formalaşması və təkmilləşməsi üzərində iş gedir.  


2023-cü ilin may ayınadək davam edəcək proqramda xanımlar proqramlaşdırma dərslərində iştirak edəcək, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan İnformasiya Texnologiyaları (İT) liderləri və startap təsisçiləri ilə görüşəcəklər. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı əldə edəcəklər



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol