• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn aydan xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiz

Gələn aydan xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiz
30.01.2023 14:42
Fevralın 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bununla bağlı artıq Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir.

Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Lakin bugünədək müəyyən yayınma halları mövcud idi. Yuxarıda göstərilən tarixdən isə bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində İMEİ qeydiyyatı həyata keçirilməyəcək.

Texnobloqer Fərid Pərdəşünas da müvafiq qərarı izah edib. Onun sözlərinə görə, qanuna əsasən, hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər: "Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb, ölkəyə gətirirsinizsə, bu zaman onun İMEİ kodunu gömrükdə bəyan etməlisiniz. Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün İMEİ qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq”.

O qeyd edib ki, burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək.

Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək.

Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.(bankeraz)


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol