Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri işdən çıxıb

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu işdən çıxıb. Bu barədə Anews.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Elnur Hidayətoğlu bu vəzifəyə 2021-ci ilin noyabrında təyin olunmuşdu.
Elnur Hidayətoğlu daha əvvəl Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda şöbə müdiri vəzifəsində çalışıb.
Aytac
Aytac
www.anews.az
























