• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Gənclər Günündə gənc istedadları təltif etdi

Azercell Gənclər Günündə gənc istedadları təltif etdi
02.02.2023 20:43
Lider mobil operator Beynəlxalq İnformatika Olimipiadasının  medalçıları, layihə rəhbəri, müəllimləri ilə görüş keçirdi

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralda qeyd edilən Azərbaycan Gənclər günü münasibətlə "Azercell Telekom” MMC  ölkəmizin Beynəlxalq İnformatika Olimipiadası (IOI) üzrə milli yığmasının gənc qaliblərini mükafatlandırıb. Azercell-in Baş Ofisində təşkil olunan görüşdə milli komandanın medalçıları, layihə rəhbəri, müəllimləri və lider mobil operatorun rəhbər heyəti iştirak edib. Tədbirdə Olimpiada qalibləri Xizri Saxrayev, Fidan Hüseynova,  Fuad Qarayev, Fidan Qarayeva Azercell-dən dəyərli hədiyyələr və sertifikatla təltif olunublar. Təltifetmə mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, Tərəfdaşlarla münasibət şöbəsinin direktoru Nigar Şıxlinskaya, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Təhsil İnstitutunun əməkdaşları məktəbliləri təbrik edib, onlara təhsildə uğurlar və gələcək turnirlərdə Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmağı arzulayıblar.

Artıq 6 ildir ki, "Azercell Telekom” MMC Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində Beynəlxalq İnformatika Olimipiadası başda olmaqla informatika üzrə müxtəlif miqyaslı beynəlxalq olimipiadalara hazırlıq prosesinə dəstək verir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Avropa Qızlar İnformatika Olimpiadası, Asian Pasifik İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautikov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək, 2 qızıl, 12 gümüş və 34 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər.


Onu da qeyd edək ki, məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə artıq ikinci ildir ki, ölkənin aparıcı mobil operatoru proqramlaşdırma üzrə "AZERCELL CUP” müsabiqəsi təşkil edir. Milli yığma üçün istedad mənbəyinə çevrilən yarışda bu günə kimi 1000-ə yaxın şagird iştirak edib. Müsabiqədən seçilərək dərslərə dəvət olunan şagirdlər beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək medal qazanıblar. 









www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol