• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Yanvarda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
10.02.2023 12:25
2023-cü ilin yanvarında Azərbaycanda aylıq inflyasiya 1% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
 
Belə ki, bahalaşma daha çox manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın satışında müşahidə edilib. 
 
Ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində olub.
 
Hesabatda qeyd olunur ki, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Azərbaycan Mərkəzi Bankının proqnozlarına əsasən 2023-cü ildə illik inflyasiyanın 8%-ə qədər azalacağı gözlənilir. Həmçinin Mərkəzi Bank hazırda dünyada geosiyasi vəziyyəti nəzərə alaraq inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliyin olduğunu vurğlayıb. 
 
Azərbaycanda orta illik inflyasiya 2021-ci ildəki 6,7%-ə qarşı 2022-ci ildə 13,9% təşkil edib.  Azərbaycan hökuməti inflyasiyanın artımını dünyada idxalın bahalaşması və ərzaq məhsullarının qiymətinin artması ilə əlaqələndirir.

2023-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozu 6,9% təşkil edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol