• $
  • €
  • ₽
  • ₺
  • £

Kəpəz televiziyasına ali təhsilsiz xanımlar işə qəbul olunur- ŞİKAYƏT

Kəpəz televiziyasına ali təhsilsiz xanımlar işə qəbul olunur- ŞİKAYƏT
10.02.2023 13:24
Kəpəz televiziyasının keçmiş jurnalisti Nərgiz Əhmədqızı region televiziyasının fəaliyyətini tənqid edərək televiziyanın kadr seçimlərində ayrıseçkiliyə yol verildiyini bildirib. Bu barədə şikayətçi anews.az-a müraciət edərək bildirib.
 

Nərgiz Əhmədqızı deyir ki, televiziya rəhbəri Fuad Cabbarov öz istəyi ilə daha gənc və təhsili olmayan şəxsləri işə qəbul edir.

"Kəpəz televiziyasında uzun müddət işləmişəm. Hazırda isə haqsızlığa məruz qalmışam.  Mənimlə bərabər neçə nəfər bu vəziyyətdədir. Oranın direktoru Fuad Cabbarov savadlı kadrları işdən çıxarır. Yerinə isə 18-19 yaşlı təhsilsiz xanımları işə cəlb edir",- şikayətçi vurğulayıb.
 
Nərgiz Əhmədqızı, şair Əhməd Cavadın kötücəsi,  AzTv-nin əməkdaşı, "Tərəqqi" medallı "Qızıl qələm", Həsən bəy Zərdabi laureatı mükfatlarına layiq görülən Əhməd Qədiroğlunun qızıdır. Jurnalistin qardaşı Tural Məmmədov əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı olub. Hazırda isə Prezident Administrasiyasının mətbuat xidmətində çalışır.
 
Məsələ ilə bağlı şikayət edən yazıçı-publisist Elnur Baxış (Əmirov) televiziyada baş verənlərdən narazılığını ifadə edib.
 
"Operatoru gətirib televiziyaya icraçı direktor qoyublar və nəticə göz qabağındadır. Fuad Cabbarov bütün işləri Firuzə Əliyeva adlı xanıma tapşırıb. Oranın "guya" xalq yaradıcılıq departamentində müdirdir. O, xanımda öz istədiyini edir. Şikayətimizi bildirsək də, heç bir xeyri yoxdur. Firuzə Əliyeva
həyat yoldaşını, həyat yoldaşının dostunu və başqa yaxın qohumlarını Kəpəz Tv- də işə düzəldib. Nəticədə isə Kəpəz Televiziyası bu günə düşüb", - yazıçı qeyd edib. 
 
Elnur Baxış deyir ki, televiziyada işçilərin qanunsuz fəaliyyətinə də rast gəlmək olar. 

"Tacirə adında bir xanıma efir qadağası qoyulub. Ancaq həmin xanım televiziyada  yenidən fəaliyyət göstərir. Bundan başqa bir çox qanunsuz işlər görülür. Niyə bir tədbir görülmür? Mən ora dəfələrlə layihələr vermişəm, məni aldadırlar. Hazırda Kəpəz Tv-də 20-yə yaxın boş iş yeri var. Ştatlar boş olsa da, heç kimi işə götürmürlər. İşdən icazə alıb işə gəlməyənlərin maaşından tutulur. İcazə sənədi ola-ola maaşdan tutmaq harda görülüb?Rəhbərlik tərəfindən yaşı 19-20 arası olan, llakin jurnalistikadan anlayışı olmayanlar işə cəlb olunur. 
 
Adının çəkilməyini istəməyən əvvəllər televiziya əməkdaşları olmuş iki nəfər işçi də anews.az-a açıqlamasında bildiriblər ki, eyni səbəblərə görə onlar da televiziyanı məcburi tərk ediblər. 

Məsələ ilə bağlı Kəpəz TV rəhbərliyi ilə əlaqə saxladıq. Televiziyanın rəhbəri Fuad Cabbarov telefonlarımıza cavab vermədi. Direktor müavini olduğu deyilən  Natiq Hüseynov adlı şəxs bildirdi ki, orada adi vəzifədə çalışır. Səlahiyyətli şəxsə yönləndirməyini istəsək də, telefonu söndürdü.
 
"Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb və Gəncədə 6-cı kanalla yayımlanıb. 2002-ci ildən 46 kanalda yayımı davam edib.
 
Aytac Zeynalova
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol