• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə iştirakçısının əlillik statusu ləğv olunub - ŞİKAYƏT

Müharibə iştirakçısının əlillik statusu ləğv olunub - ŞİKAYƏT
20.02.2023 13:13
Birinci Qarabağ müharibəsi iştirakçısı Azad Abbasovun müddətsiz əlillik statusu ləğv olunub və ona verilən təqaüd 2021-ci ilin iyulundan kəsilib. Bu barədə Azad Abbasov anews.az-a şikayət edərək bildirib.

O bildirir ki, birinci dəfə ona 1996- ci ildə müddətsiz əlilik statusu verilib. Daha sonra səhhətində pisləşmə olub. 2013-cü ildə yenidən komissiyaya dəvət olunub. Bu zaman 3-cü dərəcə əlillik müəyyən edilib.
 
Şikayətçi deyir ki, sənədlərində heç bir problem olmasına baxmayaraq 2021-ci ildən təqaüdü kəsilib və dəfələrlə aiddiyatı orqanlara müraciət etsə də onun şikayətinə baxan olmur. 
 
Azad Abbasov 1992-1994-cü illərdə Horadiz istiqamətində döyüşlərdə iştirak edib. Ağdamın Güllücə kəndində isə iki dəfə yaralanıb.
 
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini rəsmisi Tural Qurbanov bildirib ki, vətəndaş müraciətində əlilliyin qiymətləndirilməsi hərbi səbəbdən əlaqəli olduğu üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininə müayinəyə dəvət ediləcək.
 
"Müayinəyə əsasən,  vətəndaşa əyani baxış keçiriləcək və qanunvericiliyə uyğun olaraq müvafiq qiymətləndirilmə aparılacaq. Bu proses növbəli prinsip əsasında həyata keçirilir. Yaxın müddət ərzində vətandaş qəbul ediləcək və bununla bağlı müvaffiq qərar veriləcək",- agentliyin rəsmisi əlavə edib.
 


 
Aytac Zeynalova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol