• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yenidən güclü zəlzələ olub, 6 nəfər ölüb, 294 nəfər yaralanıb - Yenilənib

Türkiyədə yenidən güclü zəlzələ olub, 6 nəfər ölüb, 294 nəfər yaralanıb - Yenilənib
21.02.2023 09:22
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Məlumatı "Hurriyet” nəşri yayıb.

Baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.

Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.
 
 09:20 
 
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var. Bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.


21:17

Bazar ertəsi Türkiyənin Hatay şəhərində iki dəfə 6,4 və 5.8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ 2 km dərinlikdə olub və Suriya və Livanda hiss olunub.
 
Zəlzələ sonrası Dəniz səviyyəsinin 50 sm qalxması ilə əlaqədar həmin ərazidə yaşayan insanlara xəbərdarlıq edilib.
 
Fevralın 6-da Türkiyədə iki dəfə 7.6 və 7.7 bal gücündə zəlzələ olub.Nəticədə 31 mindən çox insan həyatını itirib. 108 mindən çox insan yaralanıb.Baş verən hadisə ilə bağlı Türkiyənin 10 vilayətində fövqəladə vəziyyət elan olunub.
 
Gülnar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol