• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi xidmətə getməkdən boyun qaçıran şəxs həbs edildi

Hərbi xidmətə getməkdən boyun qaçıran şəxs həbs edildi
23.02.2023 09:34
Mingəçevirdə hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Mədət Alışovun (şərti) uzun müddət həqiqi hərbi xidmət keçməkdən boyun qaçırması məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 321.1-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Mədət Alışov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində hərbi uçota alınıb. Həqiqi hərbi xidmət yaşı, yəni 18 yaşı 2007-ci ildə tamam olsa da, Qafqaz Universitetində ali təhsil aldığı üçün ona müəyyən müddətə möhlət hüququ verilib.
 
Daha sonra 2013-cü ildə təhsil aldığı Qafqaz Universitetindən xaric olunub, 2014-cü ildə işləmək məqsədilə Rusiya Federasiyasına gedib və 2022-ci ildə Rusiyadan Azərbaycana qayıdıb.

Sərhədi keçən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun axtarışda olmasını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə yaxınlaşmağını bildiriblər. Bundan sonra Mədət Alışov 31.03.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə gedərək həkim komissiyasından keçib və hərbi xidmətə yararlı hesab edilib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilən şəxsə çağırış vərəqəsi verilərək məsuliyyəti barədə xəbərdar olunub.

Lakin Mədət Alışov Bakıya gələrək kor bağırsağından əməliyyat olunub, buna görə də ona bir çağırış üzrə möhlət hüququ verilib. 3 ay sonra həmin şəxsə həkim müayinəsindən keçirilməsi üçün yenidən göndəriş vərəqəsi verilib və növbəti dəfə hərbi xidmətə yararlı hesab edilib. Lakin o, yenidən qeyd olunan tarixdə hərbi xidmət üçün getməyərək xidmət keçməkdən boyun qaçırıb.

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Mədət Alışova 1 il həbs cəzası verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol