• $
  • €
  • ₽
  • ₺
  • £

Polad Həşimovun anası Bəxtiyar Hacıyevlə bağlı çağırış edib - VİDEO

Polad Həşimovun anası Bəxtiyar Hacıyevlə bağlı çağırış edib - VİDEO
23.02.2023 09:54
General-mayor Polad Həşimovun anası Səmayə Həşimova İctimai fəal Bəxtiyar Hacıyevi azadlığa buraxmağa səsləyib. Bu barədə sosial şəbəkələrdə şəhid anasının videomüraciəti yayılıb.
 
"Bir ana üçün övladını itirmək dözülməzdir. Polad Həşimovun anası kimi mən istəyərəm ki, mən çəkəni heç bir ana çəkməsin. Mən çəkən ağrıdan Bəxtiyar Hacıyevin anası çəkməsin. Azərbaycanda bütün aidiyyəti qurumlardan xahiş edirəm. Gücü çatanlardan xahiş edirəm. Bəxtiyar Hacıyevin bu ağır durumda azadlığa buraxılmasını istəyirəm. Biz çox itkilər vermişik, gənc balamızı itirməyək, -  Səmayə Həşimova bildirib.

Bəxtiyar  Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs olunub. İctimai fəal artıq b ir müddətdir quru aclığa başlayıb. Yayılan son məlumatda onun vəziyyətinin kəskin ağırlaşdığı bildirilib.
 
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
 

 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol