• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı qurbanları Şamaxıda da anıldı

Xocalı qurbanları Şamaxıda da anıldı
26.02.2023 16:45
Şamaxıda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət etmiş, abidə önünə çiçəklər düzüblər.

Daha sonra Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olduğunu qeyd edib,

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımın beynəlxalq aləmə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb.

Tədbirdə digər çıxış edənlər Şamaxı rayon Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova Xocalı faciəsinin baş vermə səbəblərindən və onun acı nəticələrindən geniş söhbət açaraq, tarixi, hüquqi və mənəvi müstəvidən münasibətlərini bildiriblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol