• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilir

Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilir
03.03.2023 14:30
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qadınların pensiya yaşının azaldılması, xüsusilə 63 yaş müəyyənləşdirilməsi ilə bağlı "Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, "Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli, 543- VQD saylı qanununun 1.13-cü maddəsinə əsasən, bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edilib ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyildir.

Bildirilib ki, bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac vardır.

"Əmək pensiyaları haqqında” qanuna müxtəlif vaxtlarda dəyişikliklər edilməklə əməkpensiyasının minimum məbləği artırılıb. 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat olduğu halda, 2022-ci ilin yanvarın 1-dən bu məbləğ 20 faiz artırılaraq 240 manat müəyyən edilmişdir. Bu yanaşma minimum məbləğdə pensiya alanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində olduqca mühüm addımdır.

Lakin bununla belə, digər pensiyaçılara ödənilən pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib artırılmaması da sərf etdiyi əməyə, o cümlədən qazandığı əmək və sığorta stajlarına görə pensiyaçılar arasında bərabərlik prinsipinin pozulmasına səbəb olur.

Belə ki, əmək pensiyasının minimum məbləği 240 manata qaldırıldığı vaxta kimi 201 manat və 239 manat alan iki müxtəlif pensiyaçının pensiya məbləği bərabər olaraq 240 manata çatdırılır. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyasının minimum məbləği artırılarkən bundan əvvəl təyin edilmiş pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib və ya müəyyən məbləğdə artırılması zəruridir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol