• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan şəhərinin küçə və yollarında təmir-bərpa işləri aparılır

Naxçıvan şəhərinin küçə və yollarında təmir-bərpa işləri aparılır
04.03.2023 12:05
Naxçıvan şəhərinin bir sıra küçələrində və yeni tikilən yaşayış binalarının ətrafında abadlaşdırma işləri görülür, yollarda yenidənqurma və təmir-bərpa işləri aparılır.

Пeniş abadlıq və quruculuq işlərinin görüldüyü belə ünvanlardan biri də Naxçıvan şəhərindəki yeni salınan yaşayış kompleksi - üçüncü Gənclər şəhərciyidir.

Yaşayış kompleksindəki binaların ətrafında və həyətində ümumilikdə 4 min 590 kvadrat metr ərazidə xüsusi texnikalar vasitəsi ilə hamarlama və bərkitmə işləri aparılır. Hazırlıq işləri başa çatdıqdan sonra yaxın günlərdə əraziyə asfalt örtüyü veriləcək.

Sözügedən ərazidə yaşayış binalarını elektrik enerjisi ilə təmin etmək məqsədilə mərkəzləşdirilmiş yeni qapalı transformator yarımstansiyası da tikilir. Həmçinin yaşayış kompleksini elektrik və rabitə ilə təmin edəcək yeraltı xətlərin də çəkilişinə başlanılıb.

Naxçıvan şəhərinin 48-ci məhəllədəki yolda da təmir-bərpa işləri aparılır. Burada evlərə verilən elektrik və rabitə xətləri yeraltı xətlərlə əvəz olunur, məhəllədaxili yolların asfaltlanması üçün hazırlıq işləri görülür.

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində isə ötən il su-kanalizasiya xətlərinin təmiri zamanı qazıntı işləri aparılan yolun müvafiq hissəsələrinə yenidən asfalt örtüyü verilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol