• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricə getmək üçün bu şirkətlərə müraciət edənlərin nəzərinə!

Xaricə getmək üçün bu şirkətlərə müraciət edənlərin nəzərinə!
06.03.2023 11:53
Bakıda vəzifəli şəxslərə cinayət işi başlanılıb. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "RT Ravel” və "R.T.Group Akademiya” MMC və "Kale Dershanesi” və "Vish Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı "RT Ravel” MMC və "R.T.Group Akademiya” MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, "Kale Dershanesi” və "Vish Travel” MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov və Xəyal Yusubov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyətı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol